Avropa
Mussolininin açdığı tarixi kinostudiya YANDI - VİDEO
Romadakı Cinecitta kinostudiyasında yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə "RaiNews24" portalı məlumat yayıb.
Hadisə şahidləri internetdə hadisə yerindən görüntüləri paylaşıblar.
Əvvəlcə studiyanın binalarından biri yanıb, daha sonra alov digər tikililəri bürüyüb. Yanğın 3 yanğınsöndürən briqadası tərəfindən söndürülüb, tələfat yoxdur.
Qeyd olunub ki, Federiko Fellini, Roberto Rossellini, Luchino Visconti, Sercio Leone, Bernardo Bertolucci, Francis Ford Coppola və Martin Scorsese kimi dünya kinosu klassiklərinin çalışdığı pavilyonlar da yanıb.
Cinecitta ərazisi 40 hektardır. O, Romanın cənub-şərq ətraflarında yerləşir. Studiya 1937-ci ildə Benito Mussolininin rəhbərliyi altında İtaliya kino sənayesini canlandırmaq cəhdi olaraq açılıb.
Hüseyn İbadlı
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı






































