Avropa
Aİ-dən Ukraynanın keçmiş prezidentinə SANKSİYA
Avropa İttifaqı Ukraynanın rusiyayönlü keçmiş prezident Viktor Yanukoviçə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, yeni sanksiya siyahısında eks-prezident Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviç də var.
Bildirilib ki, Yanukoviç və oğlu Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi, dövlətin sabitliyi və təhlükəsizliyinin təhdid edilməsində rol oynayıb.
Eks-prezident Yanukoviçin oğlunun Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyayönlü separatçılarla əməkdaşlıq etdiyi də vurğulanıb.
Rusiyanın Ukraynaya hücumundan sonra AB-nin tətbiq etdiyi sanksiya siyahısında çoxlu sayda şəxs və təşkilat var. Fiziki şəxslərə qarşı tətbiq edilən sanksiyalara səyahət qadağaları və aktivlərin dondurulması daxildir.
Xatırladaq ki, Viktor Yanukoviç 2013-cü ilin noyabrında ölkəsinin Aİ-nin Birgə Sazişi üzrə danışıqlarını dayandırıb. Bundan sonra Kiyevin Müstəqillik Meydanında Aİ tərəfdarı etirazlar başlayıb.
Təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxiləsi nəticəsində 106 nəfər həyatını itirib. Etirazlar artdıqdan sonra Yanukoviç 2014-cü il fevralın 22-də Rusiyaya qaçıb.
Tural Turan
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu



























