Avropa
İsveçrə Rusiyaya qarşı yeni sanksiyalara qoşuldu
İsveçrə hökuməti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi üzrə uyğunlaşdırmalar aparıb.
Publika.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti (Federal Şura) məlumat yayıb. Avropa İttifaqının yeddinci sanksiyalar paketinə uyğunlaşdırmalar avqustun 31-dən qüvvəyə minib.
Bildirilib ki, Aİ-nin Rusiyaya qarşı ən sonuncu sanksiyalar paketinin bir hissəsi (Rusiyadan qızıl idxalına qadağa) avqustun 3-dən qüvvədədir. Avqustun 31-dən isə İsveçrə Aİ-nin depozitlərin yerləşdirilməsi və kredit reytinqlərinin müəyyən edilməsi ilə bağlı texniki tədbirlərinə qoşulub. Bundan əlavə, İsveçrə Avropa İttifaqından Rusiya vətəndaşlarına və ya Rusiyada yerləşən şirkətlərə dövlət müqavilələrinin verilməsinə qadağa kimi sanksiyalara dair də öhdəlik götürüb. Bu addım İsveçrədə yaşayan Rusiya vətəndaşlarına və ya onların pay sahibi olduğu İsveçrə şirkətlərinə şamil olunmur.
Qeyd edək ki, İsveçrə Avropa İttifaqına üzv olmasa da, indiyədək İttifaqın Rusiyaya qarşı qəbul etdiyi bütün sanksiyaları dəstəkləyib.
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var
-
Nida Xəbər 09:33DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi














.jpg)




.jpg)






.jpg)













