Avropa
Biz bunu bilərək etdik - Miçotakis
Yunanıstanın baş naziri Kiryakos Miçotakis Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaların tətbiqinin iqtisadiyyatları üçün mənfi nəticələrindən xəbərdar olduqlarını, lakin mövqelərini dəyişmək niyyətində olmadıqlarını bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, Salonikidə keçirdiyi mətbuat konfransında bildirib.
Miçotakis anti-Rusiya sanksiyalarının təsiri ilə bağlı suala cavabında deyib ki, siyasətçilər əvvəldən onların Avropa ölkələrinin iqtisadiyyatı üçün nəticələrindən xəbərdar idilər.
Onun fikrincə, Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar indiyə qədər qəbul edilmiş ən ciddi sanksiyalara çevrilib.
“Biz bilirdik ki, eyni zamanda cəmiyyətlərimizi mürəkkəb bir prosesə məruz qoyuruq. Ancaq xəbərdarlıq etdik ki, bu bizim seçimimizin qiymətidir”, - baş nazir bildirib.
Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar onun “qazdan silah kimi istifadə edə biləcəyini” dərk etməsi ilə bağlıdır. Ona görə də Avropa ölkələri tezliklə Rusiya qazından asılılıqdan qurtulmağın vacibliyini bəyan ediblər.
Yunanıstanın baş naziri əlavə edib ki, bu prosesi artıq geri qaytarmaq olmaz və o, belə imkanlar görmür.
Akqabay
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm

















.jpg)
.jpg)













.png)




