Avropa
Timoşenkodan SƏRT CAVAB: "Rusiya kapitulyasiyaya hazırlaşmalıdır"
"Sülh danışıqları ruslara öz ordusunun təslim olması (kapitulyasiya) və Putin rejiminin ölümü kimi görünəcək".
Publika.az xəbər verir ki, bunu "Batkivşina" partiyasının lideri Yuliya Timoşenkoya Rusiya Federasiya şurasının rəhbəri Valentina Matvienkonun Ukrayna və Rusiya parlamentariləri arasında danışıqların zəruriliyi ilə bağlı təklifini şərh edərkən bildirib.
"Mən ona bir deputat kimi parlamentariyə, qadın kimi qadına, ukraynalı kimi keçmiş ukraynalı qadına demək istəyirəm - sülh danışıqları onlara təslim olmaq kimi görünəcək. Və yalnız bütün ərazilərimiz geri qaytarıldıqda", - Timoşenko deyib. .
O, həmçinin əlavə edib ki, ukraynalılara milli maraqların təslim olması bahasına sülh danışıqlarını təklif edənlərin hamısına bir cavab var.
Timoşenko rusiyalı siyasətçinin sülh danışıqları ilə bağlı təklifini rüsvayçılıq adlandırıb, çünki bu təşəbbüsün elan olunduğu anda rus qoşunları Matvienkonun vətəni olan Xmelnitski rayonu Şepetivkaya raket zərbəsi endirib.
"Əlbəttə, bu bəyanatların heç bir dəyəri yoxdur, amma bilmək vacibdir - onlar artıq bütün səviyyələrdə sülh danışıqları üçün yalvarırlar. Bu o deməkdir ki, onlar biabırçı, alçaldıcı və çox tez itirdiklərini, Ukraynanın sürətlə öz ərazilərini geri aldığını başa düşürlər. Və əminəm ki, qələbə artıq astanadadır”, - deyə Timoşenko yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi







.jpg)




.jpg)






















