Avropa
Van der Bellen yenidən Avstriya Prezidenti seçildi
Oktyabrın 9-da Avstriyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Aleksander Van der Bellen mütləq səs çoxluğu ilə qalib gəlib.
Publika.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 17.00-da bağlandıqdan az sonra seçkilərin ilkin nəticələri elan olunub. İlkin nəticələrə görə, seçicilərin 54,6 faizi Van der Bellenin növbəti müddətə öz postunda qalmasına səs veriblər. 78 yaşlı dövlət başçısı seçkilərin ilk turunu uğurla keçdiyi üçün ikinci tura ehtiyac qalmayıb.
Avstriya Azadlıq Partiyasının (FPÖ) dəstəklədiyi Valter Rozenkrants seçkilərdə ikinci nəticəni göstərib. Onun lehinə 18,4 faiz seçici səs verib. Digər namizədlərdən Tassilo Valentin 8,4 faiz, Dominik Vlazni 8,2 faiz, Qerald Qros 5,8 faiz, Mixael Brunner 2,2 faiz və Haynrix Ştaudinqer 1,6 faiz səs toplaya biliblər.
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
































