Avropa
Jozep Borrel bu ölkələrdən ÜZR İSTƏDİ: "Dünyamız cəngəlliyi xatırladır"
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) bu ölkədəki missiyasının rəhbərini dəvət edərək Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin “irqçi və diskriminasiya ehtiva edən” fikirlərinə görə izahat istəyib.
Publika.az xəbər verir ki, bu qalmaqala səbəb J.Borrelin Avropa Diplomatik Akademiyasının açılışında “Avropanın bir bağça, ətraf ölkələrin isə cəngəllik” olduğuna dair sözləri olub. Aİ xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ətrafdakılar çəngəllikdən bu bağçaya girməyə can atırlar. Onun bu fikirləri Yaxın Şərq ölkələrində etirazlara səbəb olub və irqçi fikir kimi qiymətləndirilib.
Bütün bu tənqidlərin fonunda J.Borrel tvitter səhifəsində üzr istəyərək yazıb: “Bu sözlərim kimisə incidibsə, üzr istəyirəm”. O əlavə edib ki, “cəngəlliklə” bağlı sözləri irqçi deyil, mədəni və coğrafi kontekstdə söylənilib.
“Təəssüf ki, bu gün dünyamız çiçəkli bağçadan çox, cəngəlliyi xatırladır. Çünki bir çox yerlərdə qanunlar və beynəlxalq normalara əməl olunmur. Biz arzu edirik ki, bütün cənub regionları daxil olmaqla dünyanın qalan hissəsi daha yaxşı olsun”, -deyə o əlavə edib.
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
































