Avropa
Fransadan ŞOK ÇAĞIRIŞ: "Ukraynaya silah tədarükünü dayandırın"
"Fransa Kiyevi silahlandırmağı dayandırmalıdır, çünki bu, öz təhlükəsizliyini əhəmiyyətli dərəcədə təhdid edir".
Publika.az xəbər verir ki, müvafiq bəyanatla Fransanın “Milli Assosiasiya” fraksiyasının rəhbəri Marin Le Pen çıxış edib.
"Fransa Kiyevə silah tədarükünü dayandırmalıdır. O, öz təhlükəsizliyi hesabına Ukraynaya kömək edə bilməz ", - France Enfo onun sözlərindən sitat gətirib.
Le Pen qeyd edib ki, Paris Fransanın özündə çatışmayan avadanlıqları Ukraynaya ötürür. Nəticədə Fransa hakimiyyəti ölkənin müdafiə qabiliyyətini qəsdən zəiflədir.
Daha əvvəl bildirilmişdi ki, Qərb ölkələrinin arsenalları Ukraynaya daimi silah tədarükü səbəbindən sürətlə tükənir . “Le Monde” qəzetinin yazdığına görə, Kiyevə hərbi yardım göstərən təşkilatların təcili olaraq yenidən silah təchizatına ehtiyacı var, əks halda onlar daha Kiyevə kömək edə bilməyəcəklər.
Xüsusilə, ABŞ və digər Qərb ölkələrinin arsenallarındakı ehtiyatlar sürətlə tükənir. Onlar artıq hərbi planlaşdırma və əsgər hazırlığı üçün lazım olan səviyyədən aşağı düşüblər.
Belə ki, bu yaxınlarda ABŞ Ukraynaya göndərilmək üçün Cənubi Koreyadan mərmi almağa məcbur olub.
Hüseyn İbadlı
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...



































.jpg)
.jpg)

