Avropa
Rusiya Xersonun mərkəzini atəşə tutdu - ÖLƏN VAR
Dekabrın 19-da rus işğalçıları Xersonu növbəti dəfə atəşə tutublar.
Publika.az xəbər verir ki, bu barədə Xerson şəhər şurasının "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, yeni raket hücumu nəticəsində bir nəfər həlak olub.
Qeyd edilib ki, düşmən mərmisi şəhər sakinin avtomobilinin yanına düşüb və o, vəfat edib.
Xerson Müdafiə Komendantlığının mətbuat katibi Dmitri Pletençuk qeyd edib ki, raketlərdən biri yenidən Xerson Vilayət Dövlət Administrasiyasının binasına, ikincisi isə dövlət qurumunun binasına düşüb.
Bundan əlavə, təhsil müəssisəsi zərər çəkib. Mərmi binanın damını deşib.
"Rusiya qoşunları S-300 hava hücumundan müdafiə sistemləri ilə Xersonu atəşə tutmağa başlayıb, şəhəri daha uzaq məsafədən vurmağa çalışırlar", - şəhər şurası əlavə edib.
Hüseyn İbadlı
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



































.jpg)


