Avropa
Aİ-nin Vitse-prezidenti: "ABŞ-la rəqabət apara bilmərik"
Avropa İttifaqı (Aİ) ABŞ kimi dövlət dəstəyi imkanlarına malik deyil və şirkətlərə bu cür yardım göstərmək əsasında Vaşinqtonla rəqabət aparmaq istəmir.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Josep Borrell öz bloqunda yazıb.
Onun sözlərinə görə, Avropa İttifaqı inflyasiyanın azaldılması ilə bağlı problemlərin müzakirəsini davam etdirir. O qeyd edib ki, bu qanun karbon emissiyaları üzrə qiymət müəyyənləşdirməsini nəzərdə tutmur və əsasən ABŞ-da ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə etməklə məhsul istehsal edən şirkətlərə dövlət tərəfindən mühüm subsidiyaları əhatə edir.
Borrell vurğulayıb ki, Amerika tərəfi ilə ticarət əlaqələri avropalı istehsalçılar üçün zərərlidir və ÜTT qaydalarına zidddir. O, həmçinin əlavə edib ki, Aİ hökumət subsidiyaları əsasında ABŞ-la “rəqabət aparmaq istəmir və edə bilməz”, çünki bu, qlobal iqtisadiyyata zərər verə bilər.
"Biz bu əsas məsələyə yanaşmalardakı fərqləri aradan qaldırmaq üçün ABŞ səlahiyyətliləri ilə fəal danışıqlar aparırıq", - Borrell yazıb.
Aytən Məftun
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

