Avropa
Borrell: "Ukrayna müharibəsi bankları faiz dərəcələrini artırmağa məcbur etdi"
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell bildirib ki, o, Ukraynadakı münaqişəni üçüncü dünya müharibəsi hesab etmir.
Publika.az RİA Novostiyə istinadən xəbər verir ki, Borrell Ukraynadakı münaqişəni üçüncü dünya müharibəsi hesab etməkdən imtina edib və onun qloballaşdığını vurğulayıb.
“Bu, işğalçı müharibədir, üçüncü dünya müharibəsi deyil. Bu müharibə həddən artıq qloballaşır”, - o, mətbuat konfransında deyib.
Avrodiplomatiyanın rəhbəri Rusiyaya Koreya Xalq Demokratik Respublikası və İrandan silah tədarük edildiyini də açıqlayıb. O, Qərbin bu işə qarışdığını və bütün ölkələrin təsirləndiyini vurğulayıb. Onun sözlərinə görə, enerji və ərzaq qiymətlərinin yüksək olması yüksək inflyasiyaya səbəb olub. Belə göstəricilər bankları faiz dərəcələrini artırmağa məcbur edib ki, bu da iqtisadiyyatı ləngidir.
“Bu müharibə mənə təsir etmir, çünki mən planetin başqa yerindəyəm. Bu, qlobal iqtisadiyyata təsir edir”, - Borrell yekunda qeyd edib.
Aytən Məftun
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

