Avropa
Dəhşətli qəza ilə bağlı ŞOK ETİRAF: "Qatarları eyni relslə göndərdim"
Yunanıstanın Larisa şəhərində qatar stansiyasının rəisi 36 nəfərin ölümü ilə nəticələnən qatar toqquşmasında günahını etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə ERT-1 telekanalı məlumat yayıb.
"Mən səhv etdim və sərnişin qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə göndərdim", - stansiya rəisi deyib.
Əvvəllər media onun günahı rədd etdiyini yazmışdı. Həmin şəxs qarşıdan gələn qatarları müxtəlif relslərə göndərmək üçün avtomatlaşdırılmış sistemin düyməsini basdığını, lakin bunun işləmədiyini bildirib. Eyni zamanda bəzi əməkdaşlar qeyd ediblər ki, rəis qatarın düzgün yolla gedib-gəlmədiyini şəxsən yoxlamalı olub, lakin bu edilməyib.
İnsanların ölümü ilə nəticələnən daşınma təhlükəsizliyini pozduğuna görə rəis barəsində cinayət işi başlanıb. Onu 10 il ömürlük həbs cəzası gözləyir.
Hüseyn İbadlı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

































