Avropa
Fransa Senatı etirazlara baxmayaraq, pensiya islahatını TƏSDİQLƏDİ
"Martın 11-də Fransa Senatı pensiya islahatını təsdiqlədi. Buna görə tətillər və etirazlar dalğası ölkəni bürüdü".
Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Elizabet Born məlumat verib.
"Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatının mətnini qəbul etdi. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlar üçün həlledici mərhələdi. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq", - Bourne "Twitter" səhifəsində yazıb.
Xatırladaq ki, Fransa hakimiyyəti pensiya yaşını 62-dən 64-ə qaldırmağa hazırlaşır. Eyni zamanda, 20 yaşından əmək fəaliyyətinə başlayan və ən azı 43 il iş stajı olanlar ən tezi 63 yaşında pensiyaya çıxa bilərlər.
Yeniliklər vətəndaşların narazılığına səbəb olub, 350 mindən çox insan etiraz aksiyasına çıxıb. Artıq üç aya yaxındır ki, fransızlar etiraz aksiyası keçirirlər. Martın 11-də dinc nümayiş iğtişaşlara çevrilib, iştirakçılar polis əməkdaşlarına daş və butulka atıb, zibil qutularını yandırıb, ictimai nəqliyyatın dayanacaqlarını dağıdıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edib və kütləvi həbslər həyata keçiriblər. Bu günə qədər 32 məhbusun adı açıqlanıb.
Hüseyn İbadlı
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)