Avropa
Bu ölkə "Bir kəmər, bir yol" layihəsindən çıxmaq istəyir: Amma qorxur ki...
İtaliya Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
İtaliyanın baş naziri Giorgia Meloni Çin rəsmiləri ilə dostluq münasibətləri və güclü kommersiya əlaqələrini qorumaq şərtilə Pekinin “Bir kəmər, bir yol” infrastruktur investisiya proqramından çıxması yönündə danışıqlar aparacaq.
Eyni zamanda, Meloni söyləyib ki, İtaliyanın ÇXR təşəbbüsündə iştirakını dayandırıb-dayandırmaması barədə hələ qəti qərar verməyib.
Bununla belə, İtaliya rəsmilərinin sözlərinə görə, Meloni hökuməti Pekini qəzəbləndirmədən proqramdan çıxmağın yolunu tapmağı planlaşdırır.
Onlardan biri FT-yə deyib: "Biz onlarla yaxşı münasibətlər saxlamaq və problemlərin artmasının qarşısını almaq üçün çalışmaq istəyirik".
Qeyd edək ki, Roma 2019-cu ildə Çin Təşəbbüsünə qoşularaq G7 proqramının yeganə üzvü olanda, Vaşinqton və Brüssel tərəfindən kəskin qınaqla üzləşdi. Meloni ötən ilki seçki kampaniyası zamanı bu qərarı açıq şəkildə “böyük səhv” adlandırıb.
Ayşən
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
MDB10:31Budanov: "Müharibənin dayandırılması real deyil!"
-
Digər10:13Nepaldakı fəlakət iqtisadiyyatı da vurdu - Bərpaya 5 milyard lazım olacaq
-
MDB09:56Hərbi komissar öldürüldü
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq


























.jpg)










.jpg)

.jpg)