Avropa
Bu ölkədə "makaron tətili" gözlənilir
İtaliyada makaron məhsullarının bahalaşması bütün ölkədə tətillərə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “İl Messaggero” qəzeti yazır.
Qeyd olunur ki, İtaliya İstehlakçılar Assosiasiyası bu faktla bağlı audit yoxlamasını tələb edir və ölkə sakinləri makaron məhsullarının əsassız qiymət artımına görə mümkün “makaron tətili” elan etməyi planlaşdırır.
Nəşrin məlumatına görə, İstehlakçılar Cəmiyyəti artıq antiinhisar qurumuna şikayət edib və analoji müraciət Kənd Ərzaq Məhsulları Sahəsində Keyfiyyətin Mühafizəsi və Dələduzluğun Qarşısının Alınması üzrə Mərkəzi Müfəttişliyə də daxil olub. Qəzetdə qeyd edildiyi kimi, assosiasiya şikayətində makaron məmulatlarının pərakəndə satış qiymətlərindəki “anomal” dəyişiklikləri araşdırmağı və bir sıra pərakəndə satış şəbəkələrində qiymətlərin inflyasiyanı niyə iki dəfə artırdığını öyrənməyi tələb edir.
Nəşr aydınlaşdırıb ki, İtaliya İstehlakçılar Assosiasiyası yaxın gələcəkdə makaron məhsullarının qiymətləri aşağı düşməsə, insanların kütləvi şəkildə paketləri rəflərə qoyacaqları və bununla da ölkədə “makaron tətili”nə başlayacaqları ilə hədələyib. İtalyan istehsalçıları da öz növbəsində assosiasiyanın şikayətləri ilə razılaşmırlar.
Qəzetin yazdığına görə, onların bir qismi makaron məhsullarının qiymətinin artırılmasını haqlı saymaqla yanaşı, mallar mağaza rəflərinə qoyulana qədər tədarük zəncirlərinə diqqət yetirməyin və qiymətlərə nəzarət etməyin vacib olduğunu bildiriblər.
Ayşən
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 27 Noyabr 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi






.jpg)




























