Avropa
Ölkədə kifayət qədər şirin su olmasa da, TƏKLİFLƏR VAR
Avropa ölkəsində artıq kifayət qədər şirin su yoxdur.
Publika.az xəbər verir ki, İtaliyada 2022-ci ildə şirin su ehtiyatları rekord həddə azalıb. "Reuters" agentliyi İtaliya Milli Statistika İnstitutuna(ISTAT) istinadən bu barədə məlumat yayıb.
Mütəxəssislərin fikrincə, mayenin miqdarı 1991-ci ildən 2020-ci ilə qədər müşahidə edilən orta illik 133 milyard kubmetrlə müqayisədə 50 faiz azalıb.
Ehtiyatların azalmasına temperaturun ümumi artımı və yağıntıların azalması təsir göstərib. Eyni zamanda, 2022-ci ildə şiddətli quraqlıq İtaliyanın ərazisinin təxminən 20 faizinə təsir edib.
İtaliyanın Kənd Təsərrüfatı Naziri Françesko Lollobrigida bildirib ki, ölkənin yeni reallığa uyğunlaşmasına ehtiyac var. O, hesab edir ki, İtaliya yağış sularını toplamaq üçün daha çox hovuz tikməli, həmçinin su təchizatı şəbəkələrindəki problemlərlə məşğul olmalıdır. Bundan əlavə, nazir bəzi əkin sahələrinin şimal rayonlarına köçürülməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib.
Mehti Kamiloğlu
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO
-
Dünya05:15“El-Ninyo” dəhşətli fəlakətlərə səbəb olacaq
-
İqtisadi gündəm04:44Azərbaycan dövlət borcunun ödənilməsinə bu qədər pul xərcləyəcək



































