Avropa
Makronu VAHİMƏ BÜRÜYÜB: o gəlsə, fəlakətli məğlubiyyət qaçılmaz olacaq
"Fransa prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı anti-Rusiya bəyanatları onun Donald Trampın Amerika Birləşmiş Ştatlarında seçkilərdə mümkün qələbəsindən qorxması ilə bağlıdır".
Publika.az xəbər verir ki, bunu Avrasiya Qrupu analitik mərkəzinin eksperti Müctəba Rəhman sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, Fransa prezidentini hazırda üç şeyə görə təşviş və ya qorxu idarə edir.
“Birincisi ona görə ki, Ukraynada cəbhə xətti dəyişə bilər. İkincisi, Donald Tramp noyabrda yenidən prezident seçilərsə, ABŞ-ın Kiyevə dəstəyi sona çata bilər. Üçüncüsü, Qərb indi fəlakətli məğlubiyyətə doğru gedir”, - deyə Rəhman qeyd edib.
O, vurğulayıb ki, Makron bütün Avropa ölkələrinin diqqətini Avropa İttifaqının təhlükəsizliyinə cəlb etməyə və onları daha çox özlərinə arxalanmağa məcbur etməyə çalışır.
Ekspertin sözlərinə görə, Fransa liderini xüsusilə Vaşinqtonun hərbi müdafiəsi olmadan ölkəsini yeni dünyaya aparmağa hazır olmayan Almaniya kansleri Olaf Şolz narahat edir.
Hüseyn İbadlı
-
Dünya11:17İsrail "Türkiyə yeni İrandır" dedi, ortalıq qarışdı - ABŞ-dan xəbərdarlıq gəldi
-
Yaxın Şərq10:46Müctəba Xamenei necə və nə vaxt yaralanıb? - ABŞ detalları açıqladı
-
Yaxın Şərq09:58Ümid edirik ki, ABŞ mesajı başa düşdü: İran bu gəmini “yaraladığını” iddia edir
-
MDB09:16Təyyarə təcili qəza siqnalı verdi, aeroporta qayıdır: Hava limanında hazırlıq görülür
-
İdman08:48Lamin Yamal "Barselona" üçün tarixi rekorda imza atdı
-
Cənubi Qafqaz08:36Paşinyana alma atanın taleyi ilə bağlı yeni xəbər
-
Magazin102:42"Əkiz bacım var, o da yaslara gedir"
-
Sosial00:45Əziz Əlibəyli vəzifəsindən ayrıldı





















.jpg)







.jpg)









