Ukraynadan yumurta idxalına kvota və rüsumlar bərpa edilir
Bizi izləyin

Avropa

Ukraynadan yumurta idxalına kvota və rüsumlar bərpa edilir

Avropa İttifaqı iki həftə ərzində Ukraynadan Aİ Şurasının mayın 25-də dayandırdığı toyuq yumurtası idxalı kvotalarını və rüsumlarını bərpa edəcək.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Avropa Komissiyasının nümayəndəsi Olof Gil məlumat verib.

“Avropa Komissiyası yaxın iki həftə ərzində Ukraynadan yumurtaya qoyulan kvotaların dayandırılması qərarını ləğv edəcək” - deyə O.Gil bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm