Avropa
Durov orada həbsdə saxlanıla bilər
Fransada həbs edilən "Telegram" messencerinin qurucusu Pavel Durov Paris ətrafında Fırıldaqçılıqla Mübarizə üzrə Milli Büroda həbsdə saxlanıla bilər.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Fransa paytaxtındakı mənbələrə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, buna səbəb kimi sahibkarın işinin araşdırılmasının bu idarəyə həvalə edilməsi də göstərilə bilər.
Pavel Durov avqustun 24-də axşam Fransanın "Le Burje" hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar Parisə Azərbaycandan gəlib.
Fransa polisi bildirib ki, iş adamı "Telegram"da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
Prokurorluq vurğulayıb ki, Durov 12 cinayətdə ittiham olunan “adı açıqlanmayan şəxs”lə bağlı aparılan istintaq çərçivəsində dindirilir.
İş iyulun 8-də açılıb.
Hüseyn İbadlı
-
Qarabağ 11:50Şuşa şəhərinə bu il köç olmayacaq
-
Nida Xəbər 10:28Mayın 26-dan Gürcüstana qatarla getmək mümkün olacaq - RƏSMİ
-
Region10:02Tarixdə ilk: Ermənistan silah satdı
-
İqtisadi gündəm09:50Rubl rekord həddə bahalaşdı: Ekspertlər xəbərdarlıq etdi
-
Rəsmi xronika09:20İlham Əliyev: Bizim təcrübəmiz yenidənqurma üçün bir nümunə ola bilər
-
MDB08:12"Qiyamət radiosu"ndan yeni sirli mesaj - Bu dəfə elə bir vaxta təsadüf etdi ki...
-
MDB07:35Putin Ermənistana ordu göndərəcək? - Qalmaqallı yeni qanun
-
Dünya04:30İran geri çəkilməyəcək - Pezeşkian












.jpg)























.jpg)



