Avropa
Bu Avropa ölkəsində siyasi böhran: Boyko qalib gəldi - Türklər niyə parçalandı?
Gürcüstanda seçkilərlə bağlı yaranmış qarşıdurmadan sonra daha bir ölkədə - Bolqarıstanda da seçki böhranı baş verib.
Publika.az xəbər verir ki, Bolqarıstanda son 4 ildə yeddinci dəfə keçirilən parlament seçkilərində hökumət böhranını həll etmək mümkün olmayıb.
Seçkilərdə keçmiş baş nazir Boyko Borisovun lideri olduğu sağ mərkəzçi GERB partiyası 26 faizlə qalib gəlib. Lakin bu nəticə partiyanın təkbaşına hökumət qurmasına imkan vermir. Buna görə hazırda keçid hökumətinin formalaşdırılacağı, daha sonra növbədənkənar seçkilərin keçiriləcəyi gözlənilir.
Ötən seçkilərdə 17 faiz səslə ölkədə üçüncü sıraya yüksələn Haq və Azadlıq Hərəkatı bu seçkilərdə altıncı sıraya düşüb. Bu hərəkat Bolqarıstanda türk azlığının partiyasıdır. Partiya funksioneri Ercan Çalışkan bildirib ki, zəifləmənin səbəbi partiyanın iki hissəyə parçalanmasıdır: “Parçalanmalar olduğu üçün nəticələr gözlənildiyi kimi az oldu”.
Türklərin hərəkatı “Haq və Azadlıq Hərəkatı” və “Haq və Azadlıq Hərəkatı – yeni başlanğıc” olaraq iki hissəyə bölünüb. “Haq və Azadlıq Hərəkatı”na Əhməd Doğan, “Haq və Azadlıq Hərəkatı – yeni başlanğıc”a isə Delyan Peevski rəhbərlik edir.
Seçkilərdə əsas diqqətçəkən məqam irqçi siyasət yürüdən Oyanış Partiyasının 13,8 faiz səslə üçüncü sıraya yüksəlməsidir. Bu partiya Avropa İttifaqına qarşıdır.
E.Çalışkan irqçi siyasət yürüdən partiyanın önə çıxmasını hökumət böhranının ictimaiyyətə təsiri ilə əlaqələndirib.
“Bu vəziyyət insanların seçkiyə getməsinə mənfi təsir etdi. Seçkilərdə aktivliyin cəmi 38 faiz olması da bunu göstərir. İnsanlar ümidini itirəndə fərqli partiyalara üz tuturlar. Hazırki vəziyyətdə hökumətin qurulması ehtimalı çox azdır. Koalisiya qurulsa belə uzunömürlü olmayacaq”, - o bildirib.
Asif
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































