Avropa
Almaniya erkən seçkilərdən danışır: "Kağız yoxdur" açıqlaması qalmaqal yaratdı
Berlin hökumətinin koalisiya ortaqlarından biri olan FDP ilə fəaliyyətdən kənarda qalmasından sonra Almaniyada erkən seçkilərlə bağlı müzakirələr başlayıb. Maraqlıdır ki, seçki üçün kifayət qədər materialın olmadığı da bildirilir.
Publika.az xəbər verir ki, bununla bağlı ölkənin Ali Seçki Şurasının sədri Rut Brand açıqlama verib.
O qeyd edib ki, səsvermə bülletenlərinin çapı üçün kifayət qədər kağız yoxdur:
“Bu günlərdə bülleten çap edə biləcəyimiz mətbəələr tapmaq həqiqətən asan deyil. Həmçinin kadrlar kifayət qədər deyil”.
Ana müxalifətin əsas hissəsi olan Xristian Demokratik Birlik Partiyasının (CDU) baş katibi Karsten Linnemann bu bəyanata cavab olaraq, “Ali Seçki Şurasının sədrinin bu sözləri deməsi tam bir qalmaqal və utancvericidir. Bu, Almaniyanın hazırda düşdüyü vəziyyətin göstəricisidir” deyə cavab verib.
Alman Kağız Sənayesi Assosiasiyası bildirib ki, yetərincə kağızımız var:
“Almaniyanın kağız sənayesi güclüdür”.
Digər tərəfdən, son ictimai rəy sorğularında, almanların 65 faizinin erkən seçkilərin mümkün qədər tez keçirilməsinin tərəfdarı olduğu, 33 faizinin isə kansler Şoltsun “mütəxəssisdən etimad səsi istəməsi” planını dəstəklədiyi müəyyən edilib. Ölkədə aparılan son sorğularda müxalifət qanadı CDU/CSU-nun seçkilərdə birinci olacağı proqnozlaşdırılır”.
Aysel Şahmar
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər
-
Avropa6 Dekabr 23:48Naməlum təhdid davam edir - Vilnüs hava limanı yenə bağlandı
-
İdman6 Dekabr 23:36“Sabah”la AFFA arasında QALMAQAL - Klub açıqlama yaydı
-
Magazin16 Dekabr 22:36Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO
-
Magazin26 Dekabr 22:00Onun mahnısı 2025-ci ilin ən yaxşı hiti seçildi - VİDEO
-
Magazin16 Dekabr 21:50Elşən bu məşhuru sevirmiş - ETİRAF
























.jpg)






.jpg)




