Avropa
Rusiyanı vurmaq üçün Ukraynaya nə qədər ATACMS verilib? - RƏQƏMLƏR
Hazırda Ukraynada 50 ATACMS raketi var.
Publika.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb, lakin bu məlumatların rəsmi olmadığını açıqlayıb.
Qeyd edilib ki, ABŞ bu raketlərin sayı barədə rəsmi məlumatı açıqlamayıb.
Nəşrin məlumatına görə, Ukrayna silahlı qüvvələri ATACMS-i işə salmaq üçün kifayət qədər sayda HIMARS və MLRS M270 çoxsaylı buraxılış raket sistemlərinə malikdir.
Raketlərin məhdud təchizatı səbəbindən Ukrayna Silahlı Qüvvələrinin komandirlərindən hücumlar üçün hədəfləri diqqətlə seçmələri tələb olunacaq.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 18-də Ukrayna Silahlı Qüvvələri ilk dəfə ATACMS-dən istifadə edib. Bildirilib ki, ümumilikdə altı raket atılıb, onlardan beşi vurulub, biri isə zədələnərək Bryansk vilayətindəki hərbi obyektə düşüb və bu, yanğına səbəb olub. İdarədən verilən məlumata görə, xəsarət alan olmayıb.
"Reuters"in az öncə yaydığı məlumatda isə bildilib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətindəki anbara səkkiz ATACMS ballistik raketi ilə zərbə endiriblər, Rusiyanın hava hücumundan müdafiə sistemləri yalnız ikisini ələ keçirə biliblər.
Bundan əvvəl “The New York Times” ABŞ-ın Ukraynanın Rusiya ərazisinə hücumlar üçün ATACMS-dan istifadəsinə razı olduğunu bildirsə də, bu məlumat Ağ Ev tərəfindən təsdiqlənməyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna ordusunun bu raketlərdən istifadə etməsi münaqişəni gərginləşdirmək istəyindən xəbər verir.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq


























.jpg)

.jpg)






.jpg)


