Avropa
Aİ bu 2 ölkəni Şengenə qəbul etdi
Avropa İttifaqı (Aİ) ölkələrinin Aİ-dəki səfirləri 1 yanvar 2025-ci il tarixindən etibarən Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengen zonasına qəbulunu təsdiqləyib.
Publika.az xəbər verir ki, üzv ölkələrin Aİ-dəki səfirlərindən ibarət Daimi Nümayəndələr Komitəsi (COREPER) toplanıb.
İclasda səfirlərin yanvarın 1-dən etibarən Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengendə iştirakını təsdiqlədikləri və bu qərarın həmin ölkələr, həmçinin Avropa üçün qazanc olduğu bildirilib.
Bolqarıstan və Rumıniyanın torpaqlarının Şengenə daxil edilməsinin Macarıstanın müddətli sədrliyinin ən mühüm prioriteti olduğu qeyd edilib:
“Bu gün verdiyimiz qərarla bunu reallaşdırmaq üçün son hazırlıq addımını atdıq. Bu qərarla Aİ daxilində birliyi, sərbəst hərəkəti və davamlılığı gücləndirəcəyik”.
Yekun qərarın dekabrın 12-də Brüsseldə keçiriləcək Aİ-nin Ədliyyə və Daxili İşlər Şurasının iclasında qəbul ediləcəyi gözlənilir.
Aysel Şahmar
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı












.webp)


















.jpg)

