Avropa
Mertsə qadağa qoyulub: Təyyarəni tək idarə edə bilməz
Almaniya kansleri Fridrix Mertsə təyyarələri təkbaşına idarə etmək qadağan edilib.
Publika.az xəbər verir ki, 2009-cu ildən bəri pilot lisenziyasına sahib olan Merts artıq təyyarələri özü idarə etmir.
“Bild”in aşkar etdiyi kimi, 14 noyabrda Şlezviq-Holşteyndə keçirilən CDU partiyasının qurultayına uçuş zamanı kansler pilot kabinəsində olub, lakin təyyarəni çarter aviaşirkətinin əməkdaşı idarə edib.
Merts, həmçinin iki mühərrikli “Diamond DA62” təyyarəsini də satıb. Pilot lisenziyasını qorumaq üçün müntəzəm uçuşlar tələb olunur. Görünür, kanslerin işi onun hobbisini davam etdirməsinə mane olur. Səlahiyyət müddəti bitdikdən sonra o, yenidən imtahan verərək pilot lisenziyasını bərpa edə biləcək.
Kanslerə təhlükəsizlik səbəbi ilə müstəqil şəkildə avtomobil idarə etmək də qadağandır. Özünü "ehtiraslı sürücü" adlandıran sələfi Olaf Şolts 2024-cü ildə oxşar məhdudiyyətlərdən şikayət etmişdi.
Müəllif: Tural
-
Magazin110:34Pərviz Bülbülənin səhnədə başına iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
-
ABŞ06:16ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi - İrana qarşı yeni plan işə düşür?
-
Avropa05:45Avropaya üz tutan miqrantlar Afrikaya göndəriləcək - Beş ölkədən qərar


















.png)




















.jpg)