Avropa
Putin Merkeldən ÜZR İSTƏDİ: “Angela, lütfən, məni bağışla"
Rusiya Prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Angela Merkeldən 2007-ci ildə Labrador hadisəsinə görə üzr istəyib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Merkel bizi ziyarət etməyə gəldi. Mən artıq ona dedim ki, onun itlərdən qorxduğunu bilmirdim. Bilsəydim, bunu heç vaxt etməzdim”, - Putin jurnalistlərə deyib.
Dövlət başçısının sözlərinə görə, o, rahat, xoş atmosfer yaratmaq istəyib. Putin Avropada, Almaniyada ev heyvanlarına çox müsbət baxıldığından belə addım atıb.
Rusiya lideri qeyd edib ki, bu epizoda görə artıq Merkeldən üzr istəyib. O, keçmiş kanslere onun qorxusundan xəbəri olmadığını etiraf edib.
“Angela, lütfən, məni bağışla, mən sənə hər hansı bir mənəvi ağrı vermək niyyətində deyildim. Əksinə, söhbətimiz üçün əlverişli ab-hava yaratmaq istədim. Üzr istəyirəm”, - Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Merkel nə vaxtsa Rusiyaya gəlsə, belə şeylər etməyəcək.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq













.png)





















