Avropa
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
Almaniya kansleri Olaf Şoltsun böyük metal çamadanla Kiyevə gəlməsi diqqət çəkib.
Publika.az xəbər verir ki, onun əlindəki çamadan həm Ukraynada, həm də Almaniyada marağa səbəb olub. Bu barədə Almaniyanın “Spiegel” qəzet yazıb.
Sosial şəbəkələrdə çoxları bu çamadanda nə ola biləcəyi ilə maraqlanıb: pul və ya bir növ gizli silah.
Nəşr qeyd edir ki, Olaf Şolts Kiyevə adi dəri çanta əvəzinə iri çamadanla gəlib.
Nəşrin aydınlaşdırdığı kimi, Şolts Vladimir Zelenski ilə birgə konfrans zamanı jurnalistin qeyri-adi baqajı ilə bağlı sualını cavablandırıb. Almaniya kansleri bildirib ki, metal çamadanda insanların adətən yolda özləri ilə apardıqları əşyalar - səyahət aksesuarları və alt paltarları var.
Xatırladaq ki, Şolts Ukraynaya səfəri zamanı Kiyevə 650 milyon avro dəyərində daha bir yardım paketi vəd etmişdi.

Tural
-
İdman11 Yanvar 22:12Dünya çempionu vəfat etdi
-
İdman11 Yanvar 22:00Azərbaycanı seçib himnimizi oxudu - VİDEO
-
ABŞ11 Yanvar 21:24Kuba Prezidenti Trampın ultimatumuna CAVAB VERDİ
-
İdman11 Yanvar 20:36Qara Qarayevə VƏZİFƏ VERİLDİ
-
Səhiyyə11 Yanvar 20:12Sərxoş ananın dünyaya gətirdiyi körpənin qanında GÖRÜN NƏ TAPILDI
-
İdman11 Yanvar 19:36Əfsanə bu sözü ilə qalmaqal yaratdı, sonra...
-
Əmlak11 Yanvar 18:24Bakıda torpaq bahalaşıb - SƏBƏBLƏR/VİDEO
-
Magazin211 Yanvar 17:22Ülviyə "Taşacak bu deniz" serialında rol almayacaq






































