Avropa
Aİ Ukraynaya 100 minlik qoşun göndərir? - Şok detallar açıqlandı
Avropa İttifaqı (Aİ) NATO bayrağı altında atəşkəs əldə olunacağı təqdirdə Ukraynaya sülhməramlı qoşun göndərməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post" qəzeti məlumat yayıb.
“Belə qüvvələr NATO bayrağı altında birləşməyəcək, çünki bu, alyans üzvləri arasında konsensus tələb edəcək”, - nəşr yazır.
Aydınlaşdırılır ki, sülhməramlılar alyansın bayrağı altında Ukrayna ərazisində yerləşərsə, bu, Moskvanın hiddətinə səbəb olacaq.
Eyni zamanda, qəzet sülhməramlı qoşunların yerləşdirilməsi ilə bağlı danışıqların hələ ilkin mərhələdə olduğuna işarə edib.
Bundan əvvəl bildirilmişdi ki, Avropa ölkələrinin liderləri atəşkəs olacağı təqdirdə Ukraynaya 100 minlik hərbçi göndərilməsi və sülh sazişinin imzalanması məsələsini müzakirə edirlər. Həmçinin Zelenski qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronla görüşündə o, Parisin Ukrayna ərazisinə xarici qoşunların yerləşdirilməsi təşəbbüsünü müzakirə edib.
Akqabay
-
İKT07:47"TikTok" RAZILIQ VERDİ: ABŞ bölməsi bu tarixdə satılır
-
İdman06:46Zidannla bağlı YENİ XƏBƏR - Elə plan cızıb ki...
-
Magazin106:16Vəfa ondan boşandı: “Bir ildir ayrılmışıq” - VİDEO
-
Nida Xəbər 06:00Ermənistana yanacaq daşıyan yük qatarı Gürcüstana yola salındı - VİDEO
-
Nida Xəbər 05:15Hərbi xidmətə yararsız olan şəxslərin NƏZƏRİNƏ
-
ABŞ01:41Tramp övladlarına görün nələri QADAĞAN EDİB - “Mən özüm də...”
-
Magazin201:11Sərbəst buraxılan Danla Bilic onlara təşəkkür etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatında sürpriz yaşana bilər
























