ABŞ
Tramp ABŞ-ın hərbi büdcəsini İMZALADI - Ukraynanı unutmadı
ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün ölkənin 900 milyard dollardan çox məbləğdə müdafiə büdcəsini imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ liderinin Ağ Evin saytında dərc olunmuş bəyanatında bildirilir.
Qeyd edilib ki, bu məbləğin 400 milyon dolları Ukraynaya silah tədarükünə yönəldiləcək.
Trampın sözlərinə görə, bu sənəd Müdafiə Nazirliyinə onun “Güc vasitəsilə sülh” proqramını həyata keçirməyə, ölkəni daxili və xarici təhdidlərdən qorumağa, müdafiə-sənaye bazasını möhkəmləndirməyə və eyni zamanda israfçı və radikal proqramların maliyyələşdirilməsini dayandırmağa imkan verəcək.
ABŞ prezidentinin qeyd etdiyinə görə, sənəd administrasiya tərəfindən artıq atılmış bir sıra addımları, o cümlədən “Qızıl Günbəz” raketdən müdafiə sisteminin inkişafını da tənzimləyir.
Sekabrın 17-də ABŞ Konqresinin yuxarı palatası 2026-cı maliyyə ili üçün müdafiə büdcəsi haqqında qanun layihəsini qəbul edib. Büdcənin həcmi 900 milyard dollardan çoxdur. Sənədə Ukraynaya yeni silahların alınması üçün nəzərdə tutulmuş "Ukraine Security Assistance Initiative" (USAI) proqramı çərçivəsində maliyyə vəsaiti də daxildir. Vaşinqton bu məqsədlə 400 milyon dollar ayıracaq, 2027-ci ildə də eyni məbləğin ayrılması planlaşdırılır.
Hüseyn İbadlı
-
Nida Xəbər 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır










.jpg)








.jpg)

















