Avropa
Rusiya altı ay ərzində bu ölkəyə hücum edəcək, iki il sonra... - Məxfi məlumatlar sızdı
Rusiya orta və uzunmüddətli perspektivdə NATO ilə müharibəyə hazırlaşır.
Publika.az xəbər verir ki, ABŞ-da mənzillənən Müharibə Araşdırma İnstitutu (İSW) Danimarka Müdafiə Kəşfiyyat Xidmətinin (FE) məlumatları əsasında təhlil hazırlayıb.
İSW qeyd edir ki, Danimarka Müdafiə Kəşfiyyat Xidməti (FE) Rusiyanın qarşıdakı beş il ərzində NATO-ya qarşı tammiqyaslı müharibəyə başlamaq planına malik olduğunu proqnozlaşdırır. Məxfi kəşfiyyat qiymətləndirməsinə görə, Rusiya Çin, Şimali Koreya və İranın dəstəyi ilə NATO-ya qarşı bərabər şərtlərdə mübarizə aparmaq üçün ordusunu yenidən qurur.
“Avropa ölkələri Rusiyanın potensial güclənməsi səylərinə cavab olaraq, öz hərbi potensialını artırmasa, Moskvanın NATO-ya qarşı müharibə riskləri güclənəcək”, - bu fikirlər FE-nin hesabatında əksini tapır.
Böyük Britaniyada yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (İİSS) araşdırmasına görə, Avropa ötən il müdafiəyə 457 milyard dollar, Rusiya isə 462 milyard dollar xərcləyib.
FE-nin hesabatında bildirilir ki, Rusiya NATO-ya qarşı genişmiqyaslı müharibəyə başlamaq qərarını hələ verməyib, lakin belə bir variantı saxlamaq üçün hərbi imkanlarını genişləndirir.
İSW isə vurğulayır ki, Ukraynada müharibənin Rusiya üçün əlverişli şərtlərlə dayandırılması və ya dondurulması Moskvaya hərbi resurslarını gələcək konvensional münaqişədə iştiraka hazırlamaq imkanı verəcək: “Ordunun yenidən qurulması, Moskva və Leninqrad hərbi dairələrin dirçəldilməsi, Rusiya cəmiyyətinin Qərb dəyərlərinə qarşı militarizasiyası və radikallaşması mexanizmlərinin yaradılması NATO ilə gələcək münaqişəyə hazırlığın elementləridir”.
FE-nin hesabatında da bildirilir ki, Ukraynada hərbi əməliyyatların dayandırılmasından sonra Rusiya NATO ilə müharibə hazırlığını sürətləndirəcək.
- Rusiya Ukraynadan sonra altı ay ərzində qonşu ölkələrin birinə hücum edə bilər.
- Rusiya iki ildən sonra Baltik regionunda NATO ölkələrinə real təhlükə yarada bilər.
- Rusiya beş il ərzində Avropada genişmiqyaslı müharibəyə hazır ola bilər.
Avropalı kəşfiyyatçılar bunun qarşısını almaq üçün NATO-nun Rusiyanın sürətli silahlanmasına qarşı adekvat addım atmasının vacibliyini vurğulayır.
Asif
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı
































.jpg)
.jpg)




