Nida Xəbər
İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı
Son bir gün ərzində İrandan ümumilikdə 123 nəfər "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.
Publika.az xəbər verir ki, onlardan 54-ü azərbaycanlı, 69-u isə 17 ölkənin vətəndaşıdır.
Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Belə ki, Səudiyyə Ərəbistanının 18, Çinin 18, BƏƏ-nin 6, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3 , Banqladeşin 3, Filippinin 2, Nepalın 2, İtaliyanın 1, Pakistanın 1, Polşanın 1, Tunisin 1, Livanın 1, Hindistanın 1, Fransanın 1 və Braziliyanın 1 nəfər vətəndaşı həmin ölkədəki vəziyyətlə əlaqədar Azərbaycana təxliyə olunub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
***
Astara Dövlət Sərhəd Keçid Məntəqəsində təxliyə prosesi fasiləsiz şəkildə davam etdirilir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, az öncə 20 nəfərə yaxın Pakistan vətəndaşı Azərbaycan sərhədini keçərək təxliyə olunub. Onların arasında azyaşlılar da var.
Qeyd edək ki, sərhəd-keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə fəaliyyət göstərir. Son iki gün ərzində müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi həyata keçirilib.
Hazırda gecə saatlarında Rusiya vətəndaşlarının da təxliyə olunacağı gözlənilir.
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi










.jpg)



















.jpg)





