Avropa
Aİ-dən Amaniyaya 34 milyonluq cərimə
Almaniya hökuməti Avropa İttifaqının (Aİ) bir direktivini vaxtında həyata keçirmədiyi üçün 34 milyon avro cərimə ödəməli olacaq.
Publika.az “Spiegel” qəzetinə istinadən xəbər verir ki, bu barədə Lüksemburqda yerləşən Avropa Ədalət Məhkəməsi qərar qəbul edib.
Bildirilib ki, Aİ-yə üzv olan 27 ölkə 2021-ci ilə qədər informatorların qorunmasına dair yeni qaydaları milli qanunvericiliklərinə daxil etməli idi. Almaniyada bu məsələ ilə bağlı Bundestaq və Əyalət Nümayəndələri Şurası (Bundesrat) arasında fikir ayrılığı yarandığı üçün qaydalar yalnız iki il gecikmə ilə qüvvəyə minib və bu, ciddi maliyyə nəticələrinə gətirib çıxarıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyanenin şikayəti əsasında məsələyə baxan Avropa Ədalət Məhkəməsi Almaniya da daxil olmaqla beş ölkəyə cərimə təyin edib. Almaniyadan əlavə, Lüksemburq, Çexiya, Macarıstan və Estoniya da cərimələnib. Lakin onların ödəməli olduğu məbləğlər 375 min avrodan 2,3 milyon avroya qədər dəyişir. Polşaya qarşı isə artıq 2024-cü ilin aprelində sanksiyalar tətbiq edilib.
Xatırladaq ki, Aİ 2019-cu ildə feysbuk məlumat sızması və “Panama sənədləri” kimi qalmaqalların informatorlar sayəsində üzə çıxacağını nəzərə alaraq, onların məlumat ötürməsini təhlükəsiz şəkildə təmin edən qaydalar qəbul etmişdi. Qaydalara əsasən, üzv dövlətlər 2021-ci ilə qədər korrupsiya, çirkli pulların yuyulması və vergi qanun pozuntuları barədə məxfi məlumat vermək üçün müvafiq şərait yaratmalı idilər.
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var




































