Avropa
Bu ölkədə məktəblilərə mobil telefon qadağan edildi
Fransanın təhsil naziri Elizabet Born gələn dərs ilindən kolleclərdə (orta məktəblərdə) təhsil alanlara bütün dərs günü ərzində mobil telefondan istifadənin qadağan ediləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bununla bağlı ötən il təxminən 50 min uşağın təhsil aldığı 180 kollecdə eksperiment həyata keçirilib. Təhsil Nazirliyi tərəfindən uğurlu hesab edilən qadağa indi bütün ölkə ərazisində tətbiq olunacaq.
Qanunun müddəalarına görə, tələbələr məktəbə mobil telefonla gələ biləcəklər, lakin onu kollecin girişindəki xüsusi şkaflarda saxlanmaq üçün təhvil verməlidirlər. Şagirdlər yalnız dərslər bitdikdən sonra telefonlarını götürə biləcəklər.
Eyni zamanda, Milli Orta Məktəblər və Kolleclər İttifaqı (Snalc) və Milli Orta Təhsil İttifaqı (Snes-FSU) hökumətin qərarını tənqid edib. Onların nümayəndələrinin sözlərinə görə, təcrübə ilk növbədə 350-dən az şagirdi olan kənd məktəblərində aparılıb. Daha böyük təhsil müəssisələrində eksperiment yalnız fərdi siniflər arasında aparılırdı. Ona görə də müəllimlər həmkarlar ittifaqı eksperimentin nəticələrini əhəmiyyətsiz hesab edir.
Fransa hakimiyyəti hələ 2018-ci ildə uşaq bağçalarında və ibtidai siniflərdə mobil telefondan istifadəni qadağan edib.
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO


































