Avropa
Kallasdan Putinlə bağlı sərt AÇIQLAMA: "Ona inanmaq olmaz"
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Rusiya Prezidenti Vladimir Putinə etimadsızlığa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Kallas deyib ki, Putin verdiyi vədlərə əməl etmir.
"Putinin hər hansı vəd və ya öhdəlikləri yerinə yetirəcəyinə inanmaq olmaz. Ona görə də Ukrayna üçün təhlükəsizlik zəmanətləri Rusiyanı çəkindirəcək qədər güclü və etibarlı olmalıdır", - Kallas yazıb.
O, əmin edib ki, Avropa İttifaqı Ukrayna üçün təhlükəsizlik təminatlarını təmin etmək üçün səylərini davam etdirəcək.
"Bura Ukrayna əsgərlərinin təlimi, Ukrayna Silahlı Qüvvələrinin və hərbi sənayenin gücləndirilməsi daxildir", - diplomat qeyd edib.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putini “sağ qalmaq üçün yemək yeməyə davam edən” “yırtıcı” adlandırmışdı.
Hüseyn İbadlı
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda


















.jpg)

















