Avropa
ABŞ və Avropa Ukrayna üçün hərbi variant hazırladı
ABŞ və bir sıra Avropa ölkələrinin hərbi rəhbərləri Ukrayna ilə bağlı hərbi fəaliyyət variantları hazırlayıb və onları milli təhlükəsizlik üzrə müvafiq məsləhətçilərinə təqdim edəcəklər.
Publika.az xəbər verir ki, bu barədə "Reuters"ə ABŞ rəsmisi məlumat verib.
Bundan əvvəl "Reuters" xəbər vermişdi ki, ABŞ və Avropa hərbi planlaşdırıcıları prezident Donald Trampın Ukraynanı Rusiyayla müharibəni dayandırmağa yönəlmiş istənilən razılaşma çərçivəsində qorumağa kömək vədindən sonra post-münaqişə dövrü üçün Kiyevə təhlükəsizlik zəmanətlərini öyrənməyə başlayıblar.
Rəsmilərin sözlərinə görə, hazırlanmış variantlar davam edən diplomatik səylər çərçivəsində lazımi şəkildə nəzərdən keçirilməsi üçün hər bir ölkənin milli təhlükəsizlik üzrə məsləhətçilərinə təqdim olunacaq.
Məlumata əsasən, çərşənbə axşamından cümə axşamına qədər ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynanın müdafiə rəhbərləri Vaşinqtonda görüşlər keçiriblər.
Ukrayna və onun Avropadakı müttəfiqləri Trampın bazar ertəsi sammitində Kiyevə təhlükəsizlik zəmanətləri barədə verdiyi vəddən ruhlansalar da, çoxlu suallar hələ də cavabsız qalır.
Rəsmilər xəbərdarlıq ediblər ki, ABŞ və Avropadakı planlaşdırıcı mütəxəssislərin hərbi baxımdan mümkün olan və Kremlin qəbul edə biləcəyi addımları müəyyən etməsi üçün zamana ehtiyac var.
"Reuters"in mənbələrinin bildirdiyinə görə, variantlardan biri Avropa qüvvələrinin Ukraynaya göndərilməsi, lakin onların komandanlıq və idarəetməsinin ABŞ-a verilməsi olub. Rusiya Xarici İşlər Nazirliyi isə NATO ölkələrinin qoşunlarının yerləşdirilməsi imkanını istisna edib.
Hüseyn İbadlı
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda


















.jpg)

















