Avropa
Aİ ölkələrinə yeni giriş-çıxış sistemi işə salınır - Bu tarixdən etibarən...
Avropa Komissiyasının qərarı ilə yeni Giriş/Çıxış Sisteminin (Entry/Exit System - EES) işə salınması 12 oktyabr 2025-ci il tarixinə təyin edilib.
Publika.az xəbər verir ki, sistem 29 ölkəni - Kipr və İrlandiya istisna olmaqla, bütün Aİ dövlətlərini, həmçinin İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəni əhatə edəcək.
Qısamüddətli səfərlər edən Aİ üzvü olmayan ölkələrin vətəndaşlarının giriş və çıxışları haqqında məlumatların avtomatik qeyd edilməsi nəzərdə tutulur. EES pasportlarda əl ilə möhürlənməni əvəz edəcək. Sərhədi ilk dəfə keçərkən səyahətçilərdən pasport məlumatları, giriş və çıxış tarixi və yeri, həmçinin biometrik məlumat - barmaq izləri və üz fotoları toplanacaq. Yeniliyin məqsədi sərhəd nəzarətini sürətləndirmək, növbələri azaltmaq və təhlükəsizliyi artırmaqdır. Sistem ölkədə qalma müddətlərinə riayət olunmasına nəzarət etməyə, qaydaları pozanları müəyyən etməyə, sənəd saxtakarlığının qarşısını almağa, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə etməyə kömək edəcək.
Sistemin icrası altı ay ərzində mərhələli şəkildə həyata keçiriləcək. 2026-cı il aprelin 10-dək sistemin tamamilə işlək olması planlaşdırılr.
-
Sağlamlıq23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin223:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin222:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin222:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
Sağlamlıq20:12Sağlamlığa ən az zərər vuran çörək bu imiş...
-
Magazin220:00Məşhur aktyor özbək xanımla evləndi












.jpg)














.jpg)


