Avropa
Zelenski Rusiyanı yeni sanksiyalarla VURDU
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və onunla əlaqəli olduğu şəxslərə qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı iki fərman imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.
Dövlət başçısı qeyd edib ki, fərmanlardan biri çərçivəsində Ukrayna sanksiyaları Kanada sanksiyaları ilə sinxronlaşdırılır. Belə ki, məhdudiyyətlər 139 fiziki və hüquqi şəxsə şamil olunacaq.
"Bu gün imzalanan ikinci fərman müxtəlif ölkələrdən olan 28 nəfərə qarşı sanksiyalardır. Onlar rusiyalılara torpaqlarımızda işğal rejimini saxlamaqda eyni dərəcədə yardım edir və faktiki olaraq Rusiya dövlətini maliyyələşdirirlər", - Ukrayna Prezidenti yazıb.
Hüseyn İbadlı
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
















.jpg)





















