Avropa
Bu ölkədə dördgünlük iş həftəsinə keçənlərin sayı artır
Böyük Britaniyada dördgünlük iş həftəsini seçənlərin sayı 2019-cu ildən bəri 200 min nəfərdən çox artıb.
Publika.az “Guardian”a istinadla xəbər verir ki, Milli Statistika İdarəsi (ONS) 2024-cü ilin oktyabr-dekabr ayları arasında ölkədə 1,4 milyon nəfər tam ştatla dördgünlük iş həftəsində çalışdığını bildirib. Bu göstərici pandemiyadan əvvəl, 2019-cu ilin eyni dövründəki 1,29 milyon nəfərlə müqayisədə 100 mindən çoxdur.
Həmçinin ötən ilin sonunda əlavə olaraq 100 min nəfər qismən ştatla dördgünlük iş həftəsinə keçib. Bununla da, dördgünlük iş rejimində çalışanların ümumi sayı tam və qismən ştat üzrə 2,7 milyona çatıb. Bu, ölkə üzrə işçi qüvvəsinin 10,9 faizini təşkil edir. 2019-cu ildə bu göstərici 9,8 faiz idi.
Mütəxəssislərin fikrincə, dördgünlük iş rejimi işçilərə daha çox istirahət imkanı verir, onların psixoloji sağlamlığını qoruyur, həmçinin iş yerlərində motivasiyanı artıraraq kadrların saxlanılmasına müsbət təsir göstərir.
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
















.jpg)





















