Avropa
Durov onların səhvi ucbatından həbs edilibmiş - “Hər 14 gündən bir...”
"Fransa polisinin səhvi ucbatından həbs edilmişəm".
Publika.az xəbər verir ki, bunu "Telegram" messencerinin həmtəsisçisi Pavel Durov bildirib.
"Bir il əvvəl Fransa polisi məni dörd günlüyə saxladı, səbəb isə heç vaxt adını belə eşitmədiyim bəzi insanların "Telegram"dan cinayətləri koordinasiya etmək üçün istifadə etməsi idi. İstifadəçilərin hərəkətlərinə görə böyük bir platformanın baş direktorunun həbsi yalnız misilsiz deyil, həm də hüquqi və məntiqi baxımdan absurddur. Aradan bir il keçsə də, mənə qarşı açılmış “cinayət işi” hələ də mənim və ya "Telegram"ın səhv etdiyini sübut edəcək nəsə tapmağa çalışır. Bizim moderasiya prosedurlarımız sahə standartlarına uyğundur və "Telegram" hər zaman Fransadan gələn hüquqi qüvvəyə malik sorğulara cavab verib”, - iş adamı "Telegram"da yazıb.
"Talehin istehzası ondadır ki, mən Fransa polisinin səhvinə görə həbs olundum: 2024-cü ilin avqustuna qədər onlar Fransa və Aİ qanunlarını görməzlikdən gələrək tələb olunan hüquqi prosedur çərçivəsində "Telegram"a heç bir sorğu göndərməmişdilər. Halbuki düzgün proseduru sadəcə “Google” vasitəsilə öyrənə və ya soruşa bilərdilər. Bu qəribə həbslə bağlı bir ildən sonra belə mən hər 14 gündən bir Fransaya qayıtmalı oluram və apellyasiya müraciətinin tarixi hələlik görünmür. Təəssüf ki, mənim həbslə bağlı yeganə nəticə Fransanın azad ölkə kimi imicinə böyük zərbə oldu. Biz mübarizəmizi davam etdirəcəyik və qalib gələcəyik, - o əlavə edib.
Hüseyn İbadlı
-
Magazin223:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin222:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin222:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
Sağlamlıq20:12Sağlamlığa ən az zərər vuran çörək bu imiş...
-
Magazin220:00Məşhur aktyor özbək xanımla evləndi
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO





























.jpg)


