Avropa
Hamburq limanında partlayış oldu - Xəsarət alanlar var
Almaniyanın Hamburq limanı yaxınlığındakı anbarda güclü yanğın baş verib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Feddel rayonundakı fövqəladə vəziyyət zonasında partlayış səsləri eşidilib.
Yanğınsöndürmə xidmətinin məlumatına əsasən, yanğına anbarın içərisində bir avtomobilin alovlanması səbəb olub. Daha sonra yanğın qaz balonlarına keçib və partlayış baş verib. Hadisə nəticəsində xəsarət alanlar var. Yaralıların sayı hələlik açıqlanmayıb.
Magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Buna səbəb isə partlayışın təsiri nəticəsində dağıntıların qalıqlarının bir hissəsinin yaxınlıqdakı magistrala düşməsi olub. Əsas dəmiryol stansiyası ilə Harburq rayonu arasında qatarların hərəkəti də dayandırılıb.
Sakinlərə pəncərə və qapıları bağlamaq, havalandırma sistemlərini və kondisionerləri söndürmək tövsiyə edilib.
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir






































