Avropa
Şahzadə Diananın zaman kapsulu 34 il sonra açıldı: İçərisində görün nələr var
Londonda şahzadə Diana tərəfindən 1991-ci ildə basdırılmış zaman kapsulu vaxtından əvvəl açılıb.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.
Məlumata görə, kapsul "Great Ormond Street" Uşaq Xəstəxanasında tikinti işləri aparılarkən açılıb. Qurğuşun sarkofaqındakı taxta kapsul xəstə uşaqlarla birlikdə Şahzadə Diana tərəfindən binanın təməllərinə qoyulmuşdu. Əvvəlcə kapsulun bir neçə əsrdən sonra açılacağı planlaşdırılırdı, lakin o, yeni xərçəng mərkəzinin tikintisi zamanı çıxarılıb.
Kapsula yerləşdirilən əşyalar arasında Kayli Minouqa məxsus disk, günəş enerjisi ilə işləyən kalkulyator və pasport olub. Kapsulda həmçinin cib televizoru, qar dənəciyi holoqramı, şahzadə Diananın fotoşəkili və təkrar emal edilmiş kağız olub.
Kapsulda həmçinin Britaniya sikkələri kolleksiyası, beş ağac toxumu olan qutu və kapsulun qoyulduğu gündən olan "Times" qəzetinin bir nüsxəsi də var idi. Qəzetin birinci səhifəsində sovet lideri Mixail Qorbaçovun seçicilərə ət konservləri paylanması barədə başlıqlı fotoşəkili dərc edilib.
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı





































