Avropa
Macarıstan Brüsselə meydan oxuyur: Rusiya ilə bağlı görün hansı addımı atdılar
Macarıstan hökuməti Avropa Şurasının dondurulmuş Rusiya aktivlərinin Avropa Sülh Fondu (APF) vasitəsilə Ukraynaya hərbi yardımın maliyyələşdirilməsinə yönəldilməsi qərarının ləğv edilməsini tələb edib. Rəsmi Budapeşt bununla bağlı məhkəməyə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə “Portfolio” məlumat yayıb.
Məhkəmə bu həftə iddianı icraata qəbul edib. Nəşrin qeyd etdiyi kimi, mübahisənin predmeti Avropa Şurasının 2024-cü ilin mayında qəbul edilmiş qərarı olub. Bu sənəd Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya hərbi dəstək üçün istifadə etməyə imkan verir.
Avropa Şurasının qərarına əsasən, Rusiya aktivlərinin idarə olunmasından əldə edilən gəlirin 99,7%-i Kiyevə hərbi yardım xərclərinin əlavə kompensasiyası üçün APF-ə veriləcək. Bu mexanizm Ukraynanı hər il üç-beş milyard avro həcmində sabit maliyyə mənbəyi ilə təmin etməli idi. Nəşr vurğulayır ki, fond artıq Ukraynaya 11 milyard avrodan çox vəsait ayırıb və bu vəsait əsasən silah alışına xərclənib. Macarıstanın iddiası ilə bağlı hüquqi prosesin bir neçə il çəkə biləcəyi gözlənilir.
“Portfolio”-ya görə, iddianın mətnində APF komitəsinin qərar qəbul edərkən müəyyən edilmiş prosedurları pozduğu iddia edilir. Macarıstan töhvə verən dövlət olmadığı bəhanəsi ilə səsvermə hüququndan məhrum edilib və onun səsinə məhəl qoyulmayıb.
Qeyd edilir ki, Macarıstan qalib gəlsə, gələcəkdə belə prosedur mümkün olmayacaq və Aİ Şurasında analoji səsvermələr bütün qaydalar nəzərə alınmaqla keçirilməli olacaq. Budapeşt uduzsa, bu, gələcəkdə oxşar şəkildə onun vetosundan yan keçmə ehtimalını yaradacaq.
Roza
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı





































