Avropa
PLANLAR POZULDU - Münaqişə tərəfləri görüşməyəcək
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş baş tutmayacaq.
Publika.az AFP xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts məlumat verib.
“Zelenski və Putin arasında görüş olmayacaq,” - deyə o bildirib.
"Politico" qəzetinin yazdığına görə, Putinin Zelenski ilə görüşmək ehtimalı azdır, çünki bu, Ukrayna prezidentinə “siyasi legitimlik” qazandıra bilər. Bundan əlavə, Kremlin ABŞ Prezidenti Donald Tramp ilə əlaqə strategiyası da bu qərara təsir edir.
Donald Tramp isə bildirib ki, Putin və Zelenski arasında mümkün görüş nəticəsiz qala bilər. O etiraf edib ki, hər iki lider “bir-biri ilə yaxşı yola getmir”, lakin “tanqo oynamaq üçün iki nəfər lazımdır”.
Ukrayna Prezidentinin ofisinin rəhbəri isə Rusiya–ABŞ–Ukrayna sammitinin keçirilə biləcəyi mümkün məkanlar kimi Vatikanı, Cenevrəni, İstanbul və Səudiyyə Ərəbistanını qeyd edib.
Hüseyn İbadlı
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO





































