Avropa
Britaniya ilə Norveç arasında hərbi gəmi sazişi imzalandı
Böyük Britaniya ilə Norveç arasında 10 milyard funt sterlinq dəyərində yeni saziş imzalanıb.
Publika.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi bu razılaşmanı ölkənin dəyərinə görə indiyədək əldə etdiyi ən böyük hərbi gəmi ixracı adlandırıb. Müqaviləyə əsasən, Böyük Britaniya Norveç donanmasına ən azı beş yeni hərbi gəmi tədarük edəcək.
Rəsmi məlumatlara görə, müqavilə 2030-cu illərin ortalarınadək Böyük Britaniyada 4 min iş yerini dəstəkləyəcək. Onlardan 2 mindən çoxu “BAE Systems” şirkətinin Qlazqodakı gəmiqayırma zavodlarında olacaq. Baş nazir Kir Starmer sazişi iqtisadi artımı dəstəkləyəcək və milli təhlükəsizliyi qoruyacaq mühüm uğur kimi dəyərləndirib. O bildirib ki, bu, yalnız Britaniya Silahlı Qüvvələrinin deyil, eyni zamanda, Norveç və NATO-nun təhlükəsizliyi üçün də böyük əhəmiyyət daşıyır.
Müdafiə Nazirliyi qeyd edib ki, bu layihə Birləşmiş Krallıqda fəaliyyət göstərən 400-dən çox şirkəti, o cümlədən Şotlandiyada yerləşən 103 müəssisəni dəstəkləyəcək.
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO





































