Avropa
Bu ölkə uzunmüddətli münaqişəyə hazırlaşır
Niderlandda ölkənin potensial uzunmüddətli hərbi münaqişəyə daimi döyüş hazırlığını təmin etmək məqsədilə yaradılmış Birləşmiş Silahlı Qüvvələr Komandanlığı rəsmi olaraq fəaliyyətə başlayıb.
Publika.az "Algemeen Dagblad" nəşrinə istinadla xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Ruben Brekelmans Haaqada qərargahın açılış mərasimində bildirib.
Nazirin sözlərinə görə, yeni komandanlıq bütün silahlı qüvvələrin, o cümlədən kəşfiyyat və xüsusi əməliyyat qüvvələrinin fəaliyyətini koordinasiya edən əsas mərkəz olacaq.
“Əvvəllər İraq, Əfqanıstan və ya Mali kimi ölkələrdəki missiyalarımızı əvvəlcədən planlaşdırmaq və zamanla məhdudlaşdırmaq mümkün idi. İndiki şəraitdə isə silahlı qüvvələr NATO ərazisini qorumağa daim hazır olmalıdır,” – deyə Brekelmans vurğulayıb.
Niderland ordusunun Baş Qərargah rəisi Onno Eyxelsxeym bildirib ki, yeni mərkəzdə həm gələcək əməliyyatların planlaşdırılması, həm də mövcud bölmələrin dəstəklənməsi ilə məşğul olan təxminən 300 nəfər çalışacaq.
“Biz uzunmüddətli qarşıdurmaya hazır olmalıyıq və bu halda yeni komandanlıq bütün bölmələrin – kosmikdən dəniz qüvvələrinə qədər – fəaliyyətini koordinasiya edəcək”, - deyə o qeyd edib.
Hüseyn İbadlı
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi




































