Avropa
Zelenski Putinin bu təklifini RƏDD ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyi planlaşdırmadığını deyib.
Publika.az xəbər verir ki, bu barədə o, Parisdə "könüllülər koalisiyası"nın iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Görüşün baş tutmamasını istəyirsinizsə, məni Moskvaya dəvət edin. Amma digər yandan, Rusiya görüş haqqında danışmağa başlayıb - bu, artıq yaxşı haldır", - Zelenski söyləyib.
Xatırladaq ki, daha əvvəl Putin Zelenski ilə görüşün mümkünlüyünü heç vaxt istisna etmədiyini, lakin bunun mümkünlüyünə şübhə etdiyini bildirib. Rusiya Prezidentinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp belə bir görüşün keçirilməsini istəyib və Putin ona belə cavab verib: "Bəli, mümkündür. Zelenski hazırdırsa, Moskvaya gəlsin, belə bir görüş baş tutacaq".
Tramp isə daha əvvəl bəyan edib ki, Putin və Zelenski hazırda sülhə hazır deyil.
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi




































