Avropa
Ancela Reyner istefa verdi
Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reyner istefa verib.
Publika.az xəbər verir ki, 45 yaşlı Reyner İngiltərənin cənubundakı Houv kurort şəhərindəki mənzilin alınması zamanı vergi rüsumunu ödəmədiyini etiraf etdikdən sonra bu qərarı verib.
“Vergiqoyma məsələləri üzrə mütəxəssisə əlavə məsləhət üçün müraciət etməmək qərarıma görə çox təəssüflənirəm. Bu səhvə görə bütün məsuliyyəti öz üzərimə götürürəm”, - deyə Reyner Starmerə yazdığı məktubda bildirib.
Məlumata görə, o, təxminən 40 min funt-sterlinq az ödəyib.
Qeyd edək ki, Ancela Reyner 2024-cü il iyulun 5-də Baş nazirin müavini təyin edilib. O, Kir Starmerin komandasından ayrılan səkkizinci və ən yüksəkvəzifəli kabinet üzvüdür.
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi




































