Avropa
NATO qoşunları Ukraynaya nə zaman yeridiləcək? - Qonçarenko AÇIQLADI
“İstəklilər koalisiyası” öz hərbi kontingentini Ukraynaya münaqişə başa çatdıqdan sonra deyil, artıq indi yerləşdirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz "Telegram" kanalında məlumat verib.
“Koalisiyanın hərbi kontingenti artıq Ukraynada yerləşdirilə bilər . Hazırda Ukraynada minə yaxın xarici hərbçi var”, - deyə paylaşımda bildirilir.
Onun sözlərinə görə, qoşunların tərkibində ən azı 20 min nəfər olmalıdır.
"NATO ölkələrindən olan hərbçilərin maksimum sayı 50 min nəfərə çata bilər", - o əlavə edib.
Qonçarenko vurğulayıb ki, ən çox hərbçi göndərməyi planlaşdıran ölkə Fransadır, ikinci yerdə Danimarka, üçüncü yerdə Niderland, dördüncü yerdə isə Böyük Britaniya qərarlaşıb.
5 sentyabrda Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumu nun plenar iclasında bildirib ki, Kreml Ukrayna ərazisindəki istənilən xarici hərbi kontingenti qanuni hədəf kimi qəbul edəcək.
Bundan sonra İtaliyanın "L'Antidiplomatico" qəzeti yazıb ki, Rusiya liderinin bu bəyanatı NATO ölkələrinin Ukraynaya hərbi qüvvə yerləşdirmə planlarını pozub.
Hüseyn İbadlı
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
-
Magazin215:00Stetxemin sevgilisi dekolteli geyimi ilə gündəm oldu - FOTO
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?


































.jpg)




