Avropa
Misotakisdən etiraf: “Sakit sular”ı biz pozduq
Yunanıstanın baş naziri Kyriakos Mitsotakis Türkiyə ilə münasibətlərin davam etdirilməsinə tərəfdar olduğunu bəyan edib və etiraf edib ki, üç ilə yaxındır ki, “sakit sular” onun ölkəsinin atdığı müəyyən addımlar nəticəsində dəyişib.
Publika.az xəbər verir ki, dünən Salonikidə təşkil edilən 44 sualdan ibarət mətbuat konfransında Mitsotakis Türkiyə-Yunanıstan münasibətlərinə də toxunub.
Mitsotakis, Yunanıstanın son bir il ərzində Dəniz Məkan Planlaşdırma xəritəsi, dəniz parklarının elanı və Kritin cənubundakı karbohidrogen kəşfiyyatı üçün tenderin başlaması da daxil olmaqla, bir sıra hərəkətlərlə "Egeydəki suveren hüquqlarını qorumaq əzmini nümayiş etdirdiyini" ifadə edib. O bildirib ki, "Bu addımlar Türkiyədə reaksiya doğurmuş ola bilər. Yunanıstanın planlaması Türkiyənin təsdiqindən asılı deyil".
Bu ay Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası zamanı prezident Rəcəb Tayyib Ərdoğanla gözlənilən görüşü ilə bağlı sualı cavablandıran Mitsotakis yenə “casus belli” məsələsini gündəmə gətirib.
Yunanıstanın baş naziri, "Hər görüşdə cənab Ərdoğanla böyük səmimiyyətlə danışıram" ifadəsini işlədib və deyib: "Əgər həqiqətən əlaqələrimizin əhəmiyyətli dərəcədə yaxşılaşmasını istəyiriksə, ölkəmiz üçün qəbuledilməz müharibə təhdidi olan "Casus Belli" ləğv edilməlidir. Nə qədər ki, "casus belli" var, ona qarşı proqramlarımız davam edəcək”.
8 iyun 1995-ci ildə Türkiyə Böyük Millət Məclisi Yunanıstanın Egeydəki ərazi sularını altı dəniz milindən artıq genişləndirməsini “casus belli” (müharibə səbəbi) hesab edərək, hökumətə belə bir vəziyyət yaranarsa, hərbi müdaxilə etmək səlahiyyəti verib.
Tural
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
-
Magazin215:00Stetxemin sevgilisi dekolteli geyimi ilə gündəm oldu - FOTO
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
































.jpg)




