Avropa
Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi üzə çıxdı - DETALLAR
ABŞ prezidenti Donald Tramp Rusiyanı yeni sanksiyalarla təhdid etdiyi vaxt Vaşinqton və Moskvanın pərdə arxasında razılaşmalar əldə etdiyinə dair məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, Rusiya danışıqlar zamanı sanksiyaların yumlaşdılması qarşılığında ABŞ-la enerji sektorunda əməkdaşlığa hazır olduğunu deyib.
Avropa İttifaqına yaxınlığı ilə tanınan “EU Observer” nəşrinin əldə etdiyi məlumatlara görə, bütün dünyanın diqqəti Rusiya və Ukrayna arasında sülh prosesinə kökləndiyi vaxt Moskva və Vaşinqton pərdə arxasında ticarət sövdələşmələrini müzakirə edir. Avropanın dilomatik mənbələri pərdəarxası müzakirələrin avqust ayında başladığını bildirirlər.
Qapalı görüşlərdə ABŞ-ın ən böyük neft şirkəti olan “Exxon Mobil”in 2022-ci ildə çəkildiyi “Saxalin-1” neft və qaz layihəsinə qayıtması müzakirə edilir.
ABŞ şirkətin 4 milyard avroluq səhmlərinin Rusiya tərəfindən nəzarətə götürülməsinə göz yumaraq, Moskvanı anlaşmaya sövq etmək istəyir. Bununla yanaşı, Rusiyanın sanksiyalara məruz qalan “Arktik LNG 2” kimi təbii qaz layihələrində amerikalı şirkətlərin iştirakı, rus istehsalı olan buzqıranların ABŞ tərəfindən satın alınması, bu istiqamətdə ortaq investisiyaların qoyulması da müzakirə mövzularındandır. Bu məsələlər Tramp və Putinin Alyaska görüşündə müzakirə edilib. Trampın bir tərəfdən Rusiyanı sanksiyalarla təhdid etməsi, digər tərəfdən Moskva ilə pərdəarxası razılaşmaları müzakirə etməsi Avropada qəzəblə qarşılanıb.
Nəşrin əldə etdiyi məlumata görə, ABŞ-ın hədəfi Çinin Rusiya üzərindəki enerji və texnoloji təsirini azaltmaqdır. Xüsusilə maraqların toqquşduğu Arktikadakı strateji LNG layihələrində Amerika texnologiyasının tətbiqinə nail olmaq və ABŞ-ın qlobal enerji rəqabətində üstünlüyünü təmin etəməkdir.
Avropalı diplomatlar hesab edirlər ki, Rusiya ilə pərdəarxası danışıqlar aparan ABŞ Avropa İttifaqını aldadır.
Asif
-
ABŞ02:18Epşteyn işi ilə bağlı sənədlər YAYIMLANDI
-
Qoroskop01:40Günün ulduz falı: Maraqlı görüşlər baş tutacaq
-
Magazin201:20Yeni Türkiyə gözəli seçildi - FOTO
-
Sosial19 Dekabr 20:36Somalidən gətirilən ət satılmayacaq - RƏSMİ
-
Nida Xəbər 19 Dekabr 19:30Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR
-
Kriminal19 Dekabr 19:10Baş Prokurorluqdan Kamran Əsədovla bağlı AÇIQLAMA
-
Magazin119 Dekabr 18:30Ağakərimin harada dəfn olunacağı bilindi
-
Hadisə19 Dekabr 17:12Azərbaycanın əməkdar məşqçisi vəfat etdi












.jpg)













