Avropa
Benksi haqda istintaq başladıldı - Kimliyi üzə çıxa bilər
London polisi britaniyalı, məşhur küçə rəssamı Benksi ilə bağlı araşdırmaya başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Məlumata görə, rəssamın Londondakı Kral Ədalət Məhkəməsinin divarında yeni əsərinin görünməsindən sonra istintaq başladılıb.
Nəşr bildirir ki, bu, dahi rəssamın kimliyinin üzə çıxması ilə nəticələnə bilər.
Həmin rəsmin çəkilməsinin obyektə zərər vermək hesab edilib-edilmədiyi müəyyən ediləcək. İş məhkəməyə gedərsə, sənətçi öz adını və soyadını ictimaiyyətə açıqlamalı ola bilər.
Artıq qraffitinin silinəcəyi bildirilib. Buna səbəb Kral Ədalət Məhkəməsinin binasının ən yüksək memarlıq və ya tarixi dəyər statusuna malik olması, buna görə də dövlət tərəfindən ən yüksək səviyyədə qorunmasıdır.
Bəhs edilən qraffiti sentyabrın 8-də peyda olub. Əsərdə hakimin etirazçını çəkiclə döyməsi əks olunub. Qraffitidə hər hansı konkret səbəb, hadisə və ya tarix qeyd edilməyib. Lakin nəzərə almaq lazımdır ki, Benksinin bu əsəri Londonda Fələstinlə bağlı aksiyaların qadağan edilməsi səbəbilə keçirilən etirazlar zamanı 900-ə yaxın insanın həbsindən iki gün sonra ortaya çıxıb.
Ləman
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi
-
Magazin130 İyun 22:00Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sosial30 İyun 21:51Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı


































